25 İyun 13:12
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Sənayədə İşlərin Təhlükəsizlik Görülməsi və Dağ-Mədən Dövlət Agentliyi tərkibi potensiallı obyektlərdə texniki nəzarətin təşkili və onun icra olunmasına dövlət nəzarətini həyata keçirir.

Teleqraf.com xəbər verir ki, bu sözləri FHN-in Sənayədə İşlərin Təhlükəsizlik Görülməsi və Dağ-Mədən Dövlət Agentliyində müfəttişliyin rəisi Sahil Mənsimov jurnalistlərə açıqlamasında deyib:
"Belə ki, bu gün bizim baxdığımız attraksionlar agentlik mütəxəssisləri tərəfindən ildə bir dəfədən az olmayaraq Ədliyyə Nazirliyinin sifarişi əsasında texniki müayinələr aparılır. Aşkar olunmuş qüsurlar haqqında aktlar tərtib edilir. Tərtib edilmiş aktın icrası tərəfimizdən nəzarətə götürülür. Mexanikləşdirilmiş attraksionlar quraşdırılmazdan əvvəl onun pasportları olmalı və agentlikdə qeydiyyata alınmalıdır. Agentlik tərəfindən istifadəsinə icazə verilməlidir. İstismarda olan hər bir mexanikləşmiş attraksionlar istismar müddətində texniki təhlükəsizlik sertifikatı təmin edilməli və attraksion təhlükəsizlik istismarı təmin edilməsi məqsədi ilə attraksionun sahibi tərəfindən mühəndis texniki işlərə cavabdeh şəxslər təyin edilməlidir. Bundan əlavə attraksionlarda işin təşkili və ona nəzarət etmək üçün oxumuş və attestasiyadan keçmiş attraksion operatorları olmalıdır. Həmin attraksion operatorları onun istismarı zamanı təlimatlandırılması və vətəndaşların təhlükəzisliyini təmin etməyə üçün borcludurlar. Bu gün keçirilən yoxlamalarda monitorinq zamanı qüsurlar aşkarlanmadı".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər