25 İyun 23:30
299
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vətən müharibəsi zamanı Azərbaycanın uğurlu əməliyyatlarından biri Ağdam istiqamətində idi”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 25-də AZƏRTAC-a və AzTV-yə müsahibəsində deyib.

Z.Həsənov bildirib ki, həmin istiqamətdə Ermənistan silahlı qüvvələrinin böyük bir birləşməsi, təxminən 15-18 min nəfərlik şəxsi heyət mühasirəyə düşüb:

“Biz bu əməliyyatı yekunlaşdırmaq üçün mühasirəyə düşən həmin hərbi birləşmələrin ətrafına toplarımızı, raket sistemlərimizi yığmışdıq və artıq onların zərərsizləşdirilməsi üçün tədbirlərə başlayırdıq. Ermənistanın kapitulyasiya aktına tez qol çəkməsinin səbəblərindən biri də bu idi”.

Həmin müsahibəni təqdim edirik:


Müəllif: Teleqraf.com