26 İyun 01:10
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, iyunun 22-də Abşeron rayonu, Masazır qəsəbəsi, Vidadi Quliyev küçəsində ilahiyyatçı Salman Kamiloğlu azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edib.

Ağsuda yaşayan, Masazıra dayısıgilə qonaq gedən azyaşlını yolun kənarında oynayarkən görən ilahiyyatçı onu yanına çağırıb və əxlaqsız hərəkətlər etməyə başlayıb.

Qohumunun onlara tərəf gəldiyini görən ilahiyyatçı ərazidən uzaqlaşıb.

Azyaşlının dayısı həmin şəxsin sözügedən ərazidə yaşamadığını, falçının yanına getdiyini söyləyib: "Dükanın yanında gördüm ki, bankomatdan pul çıxarır. Yaxınlaşdım ona, həmin şəxs olub-olmadığını təsdiqləmək üçün mənimlə gəlməyini xahiş etdim. Gəldik, yoldaşım da, uşaq da həmin adam olduğunu təsdiqlədilər. Bu şəxs isə boynuna almadı, din adamı olduğunu dedi. Abşeron Rayon Polis İdarəsinə zəng etdim. Polislər gəlib götürdülər. Orada isə hər şeyi boynuna aldı".

Ətraflı Baku TV-nin süjetində:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər