9 İyul 18:20
36 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, qəbul imtahanında 657,1 bal toplayan Fidan İbişova Qarabağ Universitetini seçəcəyini açıqlayıb.

Fidan İbişova Füzuli rayonu, Qayıdış qəsəbəsi, 7 nömrəli tam orta məktəbin məzunudur.

Teleqraf.com xəbər verir ki, Yenisabah.az Fidan İbişova ilə bağlı maraqlı məlumatlar əldə edib.

Məlum olub ki, əslən Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindən olan F.İbişova məcburi köçkündür. O, Vətən Müharibəsindən bir neçə il əvvəl Füzuli rayonunda inşa olunmuş Qayıdış qəsəbəsində yaşayıb. Orta təhsilini qəsəbə məktəbində tamamlayıb.

Yüksək nəticə göstərən abituriyent orta məktəbdə oxuduğu illərdə elmə həssas münasibəti ilə seçilib. O, çalışqanlığı və məsuliyyəti ilə sinif yoldaşlarından fərqlənib. Xüsusi istedada sahib olan gənc müəllimlərin sevimlisi olub.

Qeyd edək ki, F.İbişova ziyalın ailəsində doğulub. Onun atası Mirmehdi İbişov ali təhsilli müəllimdir, Füzulidə ən yaxşı pedaqoqlardan biri kimi tanınır.

Mirmehdi İbişov həm də qələm adamıdır. Mətbuatda Mirmehdi Rəsul imzası ilə çıxış edir. Onun şeirləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər