10 İyul 11:39
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçki məntəqələrində kim tələbləri azca da olsa pozarsa, cəzalandıracağıq.

Teleqraf.com xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edərkən MSK sədri Məzahir Pənahov deyib.

O, dairə seçki komissiyalarının rəhbərlərinə və üzvlərinə müraciət edib.

"İnsanlarla davranış qaydalarına diqqət etməlisiniz. Hər hansı bir pozuntunun, neqativ halın olmasına yol verilməməlidir. Əgər sizdən asılı olmayan çatışmazlıq, məsələ olarsa, MSK-ya müraciət etməlisiniz. Bu, ölkə əhəmiyyətli məsələ olduğu üçün şəxsi marağınız arxa planda qalmalıdır".


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər