Azərbaycan Prezidentinin təyyarəsi Pakistan ərazisinə daxil olarkən Pakistan qırıcıları havaya qaldırılıb.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında paylaşımında qeyd edib.
“Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın bir nömrəli heyətini salamlayır və müşayiət edir!”, - H.Hacıyev bildirib.