23 İyul 16:40
4 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrda Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək. Bakı iki həftə dünyanın müxtəlif ölklərindən gələn qonaqları qonaq edəcək. İddialara görə, konfrans müddətində tədris prosesinə dəyişiklik edilərək distant formata keçiləcək. Dərslərin onlayn keçiriləcəyi barədə yayılan məlumatlar nə dərəcədə həqiqətəuyğundur?

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, hazırda dərslərin onlayn və ya distant qaydada keçirilməsi ilə bağlı müvafiq bir qərar yoxdur.

“Dərslərin onlayn olması və ya hansı müddətə qədər olacağı ilə bağlı məlumat yoxdur. Dərslərin sentyabrın 15-dən ənənəvi qaydada keçirilməsi planlaşdırılır. Əgər hansısa dəyişiklik olarsa, öncədən ictimaiyyətə məlumat veriləcək”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər