27 İyul 16:01
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sel suları səbəbindən Quba rayonunun Küpçalqışlaq kəndinə giriş-çıxış məhdudlaşıb.

Teleqraf.com xəbər verir ki, Qudyalçaya gələn güclü sel Küpçalqışlaq kəndinin əsas yolunu uçurub.

Eyni zamanda, sel suları çayın kənarında olan yüksək gərginlikli elektrik xətlərini də aşırıb.

Hazırda kəndə giriş-çıxışı təmin etmək üçün alternativ yollar axtarılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər