Daşınmaz əmlakla bağlı elektron portal istifadəyə veriləcək.
Teleqraf.com xəbər verir ki, bunu bu gün keçirilən tədbirdə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova deyib.
O bildirib ki, daşınmaz əmlakla bağlı elektron portal ilin əvvəlində istifadəyə veriləcək:
“Layihə hökumətə və aidiyyəti dövlət qurumlarına təqdim olunub. Müsbət rəy aldıqdan sonra portal istifadəyə veriləcək”.