”Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Xarici ölkələrdə yaşayan azərbaycanlıların haqlarının müdafiəsi” mövzusunda 5 aylıq layihə icra edir.
İctimai Birliyin sədri Aqil Camal bildirib ki, iyun ayından başlanan layihənin icrası uğurla davam etdirilir: “Hazrda layihə çərçivəsində internet televiziyası üzərindən teledebatlar təşkil olunur, eyni zamanda, mediada yazılar yayımlanır. Bu proqram və yazılarda Azərbaycanın tarixi Zəfəri, həmçinin, dünya azərbaycanlılarının bu Zəfər ruhunda birlik və bütövlüyü, Güney Azərbaycandakı soydaşlarımızın problemləri, onların müdafiəsi mövzusu gündəmə gətirilir”.
Layihədə həmçinin gənclər arasında rəsm müsabiqəsinin keçirilməsi, oktyabr ayında isə “50 milyonun Zəfəri” adlı konfransın təşkili nəzərdə tutulur.