Naxçıvan Muxtar Respublikasında taksi xidməti ilə məşğul olmuş "Nax Taxı" şirkəti ləğv olunub.
Teleqraf.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Taksi şirkətinin bağlanmasının səbəbləri açıqlanmayıb.
Xatırladaq ki, "Nax Taxı" ötən ilin fevralın 9-da yaranıb. Amma şirkət cəmi 4 ay sonra fəaliyyətini müvəqqəti olaraq dayandırmağa məcbur olub. Bugünlərdə isə "Nax Taxı" tamamilə bağlandığını elan edib.