8 Avqust 23:25
332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonunda qaz xəttinin yerinin dəyişdirilməsi, Nərimanov rayonunda siyirtmənin təmir olunması, Qaradağ rayonunda yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması və qaz tənzimləyicilərin quraşdırılması, "Cəlilabad" QPS-də sənaye xətti ilə əhali xətti arasında əlaqələndirici qaz xəttinin quraşdırılması, Kürdəmir rayonunda isə yeraltı qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə avqustun 9-u saat 10:00-dən etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə paytaxtın Xəzər rayonunun, Nərimanov rayonunun (Azadlıq, Z. Bünyadov prospektləri, M. Araz, M. Əlizadə, Ş. Rəhimov, X.Şuşinski, Y.V.Çəmənzəminli küçələri), və Qaradağ rayonunun (Ümid qəsəbəsi) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin Cəlilabad (rayon mərkəzi və 17 kənd) və Kürdəmir rayonlarının da (rayon mərkəzi və 18 kənd) qaz təchizatının müvəqqəti məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər