16 Avqust 10:59
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz-Qəbələ-Bakı kəməri içməli su ilə tam həcmdə doldurulub, su Bakı şəhərinə daxil olub.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu bildirib.

"Öncədən də elan etdiyimiz kimi günorta saatlarında əhalinin su təminatı normal rejimdə bərpa olunacaq", - deyə o qeyd edib.

Bildirilib ki, Oğuz-Qəbələ-Bakı kəməri içməli su ilə tam həcmdə doldurulub: “Kəmər ilə gələn su Bakı rayonlarındakı anbarlara çatıb”.


Müəllif: Şəbnəm Zahir