22 Avqust 16:31
277
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə prosesində 1000 seçki məntəqəsində vebkameralar quraşdırılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə olunub.

MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, seçkilərə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından maksimum səviyyədə istifadə ediləcək.

Onun sözlərinə görə, artıq seçki sistemində 2008-ci ildən - 16 ildir vebkameralardan istifadə ənənəsi formalaşıb: "Hazırkı seçkilərdə də bununla bağlı bütün addımlar atılıb. Fevralın 7-də keçirilən prezident seçkilərində vebkameraların istifadəsi ilə bağlı təhlil məlumatlarına əsasən, vebkameralara internet üzərindən baxış sayı 468 mindən çox olub. Bunlardan 32 mindən çoxu ölkə xaricindən baxış idi. Ölkə xaricində ən çox vebkameralar ABŞ, Türkiyə, Böyük Britaniyadan izlənilib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər