“Boş qalan yerlərə ixtisas seçimi asan olmayacaq”.
Bunu Teleqraf.com-a təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
Onun sğzlərinə görə, 650 bal civarında kəsilən tələbələr var, 150 ballı ixtisaslara boş yerlər qalıb:
"Yüksək ballarla kəsilən şəxslər də az deyil. Bunları nəzərə aldıqda fikrimcə,boş qalan yerlərə müsabiqə heç də asan olmayacaq. Boş qalan yerlərdə elə ixtisaslar var ki, müasir bazarın tələbini ödəmir. Çox güman ki, o ixtisasları seçməyənlər olacaq. Düşünürəm ki, yenə boş yerlər qalacaq.
Abituriyentlər burada 15 yer deyil, 20 yer seçmək imkanını əldə edəcəklər. Boş qalan yerlərlə universitetlə yanaşı, kollecləri də yaza bilərlər. Amma düşünürəm ki, ali məktəbin hər hansı ixtisasına qəbul olmaq kollecdən dəfələrlə yaxşıdır. Bunu düşünüb, dəyərləndirsinlər”.
Rizvan Fikrətoğlu bildirib ki, ixtisas seçimindən kəsilənlərin sayı kifayət qədərdir:
“Biz onların nəticələrini hesablasaq, əslində boş qalan yerlərin sayı kəsilənlərin sayına nisbətən azdır. Düzgün seçim olsa, o yerlər tam tutula bilər. Böyük qisim tələbə adını qazana bilər. İstəklərinə uyğun ixtisası ilk sıralara yazsınlar. Mütəxəssislərdən, həmçinin Dövlət İmtahan Mərkəzinin Məsləhət Mərkəzlərindən kömək ala bilərlər. Əsas odur ki, onların xeyrinə düzgün və doğru seçim olsun”.