29 Avqust 15:59
321
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ildə Azərbaycan əhalisi adambaşına orta hesabla 116,3 kiloqram təzə çörək istehlak edib.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 4,8 % azdır.

Ötən il ölkədə ümumilikdə 1 milyon 184,406 min ton təzə çörək istehlak edilib ki, bu da, illik müqayisədə 4,3 % azdır. Mal-qara və quş yemi üçün təzə çörək istifadəsi 4,2 % azalaraq 5,185 min tona enib, il ərzində isə 7,145 min ton (4,6 % az) təzə çörək itkiyə gedib.

Hesabat dövrünə Azərbaycanda 1 milyon 207,152 min ton təzə çörək ehtiyatı olub ki, bunun da 99,1 % və ya 1 milyon 207,152 min tonu istehsalın, 309 tonu idxalın, 0,9 %-i və ya 11,038 min tonu əvvəlki ildən qalıq hesabına formalaşıb.

Qeyd edək ki, bu il yanvarın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 180 min 770 nəfər olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər