9 Sentyabr 12:44
274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar baş verən prosesləri hərtərəfli təhlil etdikdə görürük ki, Azərbaycan hər yerdə irəliyə doğru öz inkişafını davam etdirir. Azərbaycanda həqiqi demokratik institut formalaşıb. Son parlament seçkiləri də bunun əyani sübutudur. Milli Məclisə seçkilər ədalətli və düzgün formada keçirildi. Bunların hamısı öz yerində, seçkilərdə şahidi olduğum bir məsələ isə xüsusi diqqətimi çəkdi. Bu da vətəndaşlardan eşitdiyim seçki ilə bağlı məmnunluq ifadələri idi.

Bunu Teleqraf.com-a hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.

O bildirib ki, sentyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Prezident Administrasiyasındakı mühüm vəzifə tutanlar - Prezidentin köməkçilərinin vətəndaşlarla qəbul günləri müəyyənləşib:

"Vətəndaşlar da qəbul günlərində müxtəlif şöbələrə özlərinin problemlərini bildirmək üçün müraciət edirlər. Sentyabrda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri hörmətli Fuad Ələsgərovun qəbuluna mən də bir məsələ ilə bağlı müraciət etməli oldum. Qəbul vaxtı gördüm ki, cənab Prezidentin məmurlara verdiyi göstərişlər - xalqın arasında olmaq, xalqın qulluğunda durmaq, xalqa xidmət etmək, millətin problemlərini dinləmək tapşırığı necə yerində icra olunur. Hörmətli Fuad müəllimin qəbulunda kifayət qədər adam vardı. Şəhid ailələri, qazilər və müxtəlif sahələr üzrə çalışan insanlar - sözün həqiqi mənasında ölkəmizin müxtəlif yerlərindən bu qədər qəbula gələcək insanları təsəvvürümə gətirmirdim. Cəmiyyətdə tanınmış və ya sıravi vətəndaşların orada artıq heç fərqi yox idi. Bütün vətəndaşların arzu və istəkləri vardı. Həmin qəbulda iştirak edənlərin içərisində onları müşayiət edib və dinlədim, düzələr və ya düzəlməz deyə sonuncu ümid yeri kimi baxırdılar. Gözləyirdilər ki, görüş necə olacaq.

Artıq görüşün başlamasına dəqiqələr qalmış hörmətli Fuad müəllim köməkçiləri ilk növbədə şəhid ailələrini və qaziləri dəvət etdi. Qəbuldan çıxanların gözləmə zalında danışıqlarına qulaq asırdım. Müxtəlif məhkəmələrdə süründürməçilikdən, müxtəlif polis orqanlarında onlara qarşı olan haqsızlıqdan, belə desək, qanun haqlarının bərpası ilə bağlı müraciət edən adamlar idi. Oradan çıxan adamların necə gözəl görüş keçirildiyinin, Fuad müəllimin möhtəşəm qəbul keçirdiyinin şahidi oldum və həqiqi vətəndaş məmnunluğunu hiss etdim.

Adamlar çıxanda hamısı razılıqla işlərinin düzəlməsi və yaxud qanuni şəkildə pozulmuş haqlarının bərpası ilə bağlı razılıqlarını ifadə edirdilər.

Həqiqətən, bir vətəndaş olaraq onun şahidi oldum ki, hər kəs sonuncu ümid yeri kimi ora müraciət edirlər. Necə sərbəst, təmkinlə və aydınlıqla insanların qəbulunu gördüm. Hesab edirəm ki, həqiqətən də vətəndaşlar üçün Prezidentin köməkçilərinin qəbul günlərinin bu cür aydın və vaxtlı-vaxtında təşkil olunması minlərlə insanın narazılığının qarşısını alır. Prezidentin tapşırığını bu cür düzgün, doğru və dürüst icra edən köməkçilər var. Bir hüquqşünas olaraq fikirləşdim ki, həqiqətən də qəbulun bu cür təşkil olunması insanların prezidentə sonsuz inamını birə on qat artırır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər