10:21
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha iki şəhidimizin şəxsiyyəti müəyyənləşib.

Bu barədə Teleqraf.com-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Şəhid Alıyev Vaqif Sərdar oğlu saat 15:00-da Gəncə şəhərində yerləşən Şəhidlər xiyabanında, şəhid Quliyev Mirzəli Müslət oğlu isə saat 16:00-da Xocavənd rayonu Qaradağlı kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər