30 Sentyabr 16:09
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Bu barədə Teleqraf.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabr ayında keçid dövrünə xas olan hava şəraiti müşahidə edilir. Tutqun günlərin sayı çoxalır, düşən yağıntıların miqdarı və havanın temperaturu ötən aylardan fərqlənir.

Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 16-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 11-16 dərəcə isti, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 26-40 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 29 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-32 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 10-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir ( norma 47-56 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 17-20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 53-56 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 14-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 27 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir ( norma 31-61 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11 dərəcə isti, dağlarda 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə 22-25 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 33-126 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-46 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 14-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 9-14 dərəcə isti, dağlarda 4-9 isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 27 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 96-274 mm).


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər