1 Oktyabr 11:31
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan və komandası parlament seçkilərinə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.

“Son vaxtlar Nikol Paşinyan və siyasi komandasının açıqlamaları və addımları hakimiyyətin seçki proseslərinə intensiv hazırlaşdığını göstərir. Baş nazir müavinlərini regionlara göndərir. Komanda üzvləri regional səfərlərdə kifayət qədər fəaldırlar, sakinlərlə görüşlər keçirməyə başlayıblar”, - məlumatda deyilir.

Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ildə keçiriləcək. Amma yerli mənbələr Nikol Paşinyanın erkən seçki qərarı verəcəyini istisna etmirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər