30 Sentyabr 16:24
3 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan şəhərində İranın ticarət mərkəzi açılıb.

Teleqraf.com xəbər verir ki, açılış mərasimində Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan və İranın ticarət naziri Məhəmməd Ətabaki iştirak edib.

Ticarət mərkəzi İranın Ticarət Təşkilatı ilə əməkdaşlıq çərçivəsində açılıb.

Mərkəz 18 000 kvadratmetrdən çox ərazidə layihələndirilib.

Səfər çərçivəsində iki ölkənin müvafiq qurumları arasında biznesin inkişafı sahəsində mal və xidmətlərin mübadiləsinə dair anlaşma imzalanıb. Memorandum iki dövlətin özəl sektorları arasında ticarət əlaqələrinin inkişafına, ticarət əlaqələrində yeni mexanizmlərin tətbiqinə və ticarət həcminin artırılmasına töhfə verəcək.

Qeyd edək ki, bu, İranın xarici ölkələrdəki ilk ticarət mərkəzidir.

Ermənistan-İran gündəmi ilə bağlı başqa bir xəbər də var. Bundan sonra Ermənistan dövlət nömrə nişanlı avtomobillər İran sərhədindən sadələşdirilmiş qaydada keçəcək. Artıq ilk avtomobillər yeni mexanizmlə təchiz edilib. Belə ki, Ermənistan dövlət nömrə nişanlı avtomobillərin sürücülərinə gömrük proseslərini sadələşdirən və İrana getmək imkanı verən “gömrük keçidi sənədi” veriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər