30 Sentyabr 16:01
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəy sorğularına əsasən, Fransanın radikal Milli Birlik Partiyasının sədri Marin Le Pen prezidentlik yarışında qalib gəlməyə həmişəkindən daha yaxındır. Amma bu gündən başlayan məhkəmə onun siyasi gələcəyinə zərbə vura bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” yazır.

Le Pen və partiyası Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə ittiham olunur. İddia edilən mənimsəmə 2004-2016-cı illər arasında baş verib.

İki aylıq məhkəmə prosesindən sonra təqsirli bilinərsə, Le Peni 10 ilə qədər həbs və 1 milyon avroya qədər cərimə gözləyir. Belə uzunmüddətli həbs cəzası ehtimalı az olsa da, Le Penin 2027-ci ildə prezidentliyə namizədliyini irəli sürməsinə mane olacaq. Çünki mümkün qərarla o, həm də dövlət vəzifəsinə namizəd olmaq üçün beş illik qadağa ilə üzləşəcək. Siyasətçi qarşıdan gələn seçkilərdə iştirak niyyətini artıq bəyan edib.

Son sorğu göstərir ki, prezident seçkiləri bu gün keçirilsə, Le Pen ilk turda 40 faizə qədər səs toplaya bilər. Son prezident seçkilərində Le Pen 23 faizdən bir qədər çox səs toplayıb, ikinci turda isə 41 faiz səslə məğlub olub.

Son seçkilərdə onun əsas rəqibi hazırkı Prezident Emmanuel Makron idi. Le Pen həm də Makronun sərt tənqidçilərindəndir. Bu baxımdan, cinayət işinin Fransa prezidentinin sifarişi ilə başladığı istisna edilmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər