30 Sentyabr 16:58
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəni İnkişaf və Dialoq İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə həyata keçirdiyi "Süni intellekt mədəniyyətinin öyrənilməsi" adlı layihə çərçivəsində tədbirlərin icrasını davam etdirir.

Növbəti tədbir 30 sentyabr 2024-cü il tarixində Bakının Yasamal rayonunda yerləşən 2 saylı Bakı Baza Tibb Kollecində keçirilib.

Tədbiri giriş sözü ilə kollecin rəhbərliyi adından, həmkarlar təşkilatının sədri Zəminə Kazımova açaraq mövzunun əhəmiyyətini vurğulamış və təşkilatçıları təqdim edib.

Tədbirdə torpağlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimiz 1 dəqiqəlik sükutla anılıb, dövlət himni səslənib.

Məruzəçi professor Rəna Mirzəzadə “Süni intellekt mədəniyyətinin öyrənilməsi” layihəsinin məqsədi barədə geniş çıxış edib.

Mövzu müzakirələrlə davam etdirilib.

Yekunda Zəminə Kazımova rəhbərlik adından maraqlı aktual mövzuda tədbir üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, ictimai təşkilatatın nümayəndələrinə öz təşəkkürünü bildirib.

Cavab olaraq professor Rəna Mirzəzadə yaradılmış şərait üçün kollecin rəhbərliyinə təşəkkür edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər