12 Oktyabr 18:23
4 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soyuq günlər yaxınlaşdıqca bir çox insanlar qida əlavələri qəbul etməyə başlayırlar. Bu sırada ən populyar məhsullardan biri də multivitaminlərdir.

Teleqraf.com həkimlərin bəzi tövsiyələrini təqdim edir.

Multivitaminləri düzgün dozada qəbul edin. Müvafiq təlimatları oxuyaraq tövsiyə olunandan çox vitamin qəbul etməyin. Yaşınızı və dərmanın miqdarının uyğunluğunu diqqətdə saxlayın.

Həbin ölçüsünü yoxlayın. Multivitaminlərin böyük ölçüləri bəzi insanlara onları udmaqda çətinlik yarada bilər.

ABŞ Qida və Dərman İdarəsi dərmanları 17 millimetrdən böyük ölçüdə məqbul saymır. Dərmanlar 10-20 millimetr ölçüdə istehsal olunur. Özünüz üçün uyğun olanı seçin.

"Qadınlar üçün" və ya "yaşlılar üçün" yazılan məhsullara da diqqət edin.

ABŞ Milli Sağlamlıq İnstitutunun tədqiqatçıları iyun ayında dərc etdikləri elmi məqalədə multivitamin əlavələrinin ömrü uzatmadığını ortaya qoydular. Alimlər bu məqamda sağlam qidalanma və idmanın əhəmiyyətinə diqqət çəkirlər.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər