14:49
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakim “Gürcü Arzusu” Partiyasının lideri Bidzina İvanişvili parlament seçkiləri günü müxalifətin mümkün qələbəsi kontekstində müharibə xəbərdarlığı edib.

Teleqraf.com xəbər verir ki, o, Gürcüstan müxalifətini “xarici agentlər” adlandırıb.

“Nəzərinizə çatdırım ki, müharibə qonşuluqdadır. Agentlər tərəfindən idarə olunacaq ölkə Gürcüstanı hərbi əməliyyatlara cəlb etmək üçün təcili göstəriş alacaq. Sizi inandırıram, çox çəkməyəcək, bu, dərhal baş verəcək və ölkənin inkişafı əvəzinə, fəlakət və dağıntı görəcəyik”, - İvanişvili bildirib.

Partiya lideri əmindir ki, “Gürcü Arzusu”nun qələbəsi ölkəyə qütbləşmənin olmayacağı keyfiyyətcə yeni cəmiyyət gətirəcək:

“Seçim çox asandır. Ya sizə - gürcü xalqı və cəmiyyətinə, vətənimizə xidmət edəcək, ölkənin qayğısına qalacaq bir hökumət seçəcəyik, ya da ancaq xarici ölkənin tapşırıqlarını yerinə yetirəcək xarici agentləri”.

Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Prosesdə 18 partiya, o cümlədən 12 ildir iqtidarda olan hakim “Gürcü Arzusu” iştirak edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər