15:13
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkiləri saxtalaşdırmaq üçün etnik azlıqlardan istifadə etmək biabırçılıq və əxlaqsızlıqdır.

Teleqraf.com xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili Marneulidə (Borçalı) bir seçki məntəqəsində baş verən insidentə belə cavab verib.

Sosial şəbəkələrin gürcü seqmentində bildirilir ki, Marneuli şəhərində hakim “Gürcü Arzusu” Partiyasının üzvü Rövşən İsgəndərov 69 saylı seçki dairəsində qutuya bir topa bülleten atarkən kameralara yaxalanıb. Bundan sonra Rövşən fiziki zorakılığa məruz qalıb və seçki məntəqəsindən qovulub.

Sözügedən seçki məntəqəsi bundan sonra bağlanıb.

Mərkəzi Seçki Komitəsi də olaya münasibət bildirərək, buna aydınlıq gətiriləcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər