15:01
290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda müxalifət seçki məntəqələri (saat 19:00-da) bağlandıqdan sonra mitinqlərə başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze məlumat verib.

Həmçinin o əminliyini bildirib ki, hakim “Gürcü Arzusu” Partiyası seçkilərdə qalib gələcək.

Prezident Salome Zurabişvili də müxalifətin qələbə qazanacağını söyləyib.

Gürcü Teleqram kanalları yazırlar ki, həm müxalifət, həm də iqtidar qalib gələcəklərinə əminliklərini ifadə edib. Qərb mediası belə bəyanatların seçkidən sonra Gürcüstanda qarşıdurmaya səbəb olacağını proqnozlaşdırır.

Yeri gəlmişkən, parlament seçkilərinə bir gün qalmış, oktyabrın 25-də Gürcüstan hökuməti bloklanma və ya ələ keçirildiyi halda ağır cəzalarla, hətta uzunmüddətli həbslə təhdid edilən strateji obyektlərin siyahısını təsdiqləyib.

Gürcüstan müxalifəti və Tiflisin xarici strateji tərəfdaşları hakimiyyəti Avro-Atlantik kursdan yayınmaqda və Rusiyanın maraqlarına xidmət etməkdə ittiham edir.

Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Prosesdə 18 partiya, o cümlədən 12 ildir hakimiyyətdə olan “Gürcü Arzusu” iştirak edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər