15:37
265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Baş naziri Kir Starmer İranı İsrailə qarşı qisas almaqdan çəkinməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, baş nazir bölgədə eskalasiya riskinə də diqqət çəkib.

“İranın təcavüzünə qarşı İsrailin özünümüdafiə hüququ var. Həmçinin regional eskalasiyadan qaçmalıyıq və mən bütün tərəfləri təmkinli olmağa çağırıram. İran cavab verməməlidir”, - Starmer qeyd edib.

Baş nazir İranın gələcəkdəki mümkün addımlarının regionda eskalasiya riskini artıracağına eyham vurub.

Britaniya lideri Yaxın Şərqdə durumun kritik olduğunu bildirib:

“Vəziyyət dinamikdir. Tərəfdaşlarımızla birlikdə baş verənləri yaxından izləyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər