15:25
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Ukraynanın şərqində bəzi istiqamətlərdə əraziləri ələ keçiriblər.

Teleqraf.com xəbər verir ki, “DeepState” rusların Donbasda Selidovo və digər beş yaşayış məntəqəsində irəliləmələri haqda məlumat yayıb.

“Düşmən Selidovo, Katerinivka, Vışnevo, Şaxtyor, Novodmitrivka və Boqoyavlenka yaxınlığında irəliləyib”, - məlumatda deyilir.

Mənbə Şaxtyore-Boqoyavlenka xəttində vəziyyətin ağırlaşdığını bildirir.

Qeyd edilir ki, rus qüvvələri Şaxtyorda ən azı iki irimiqyaslı hücum həyata keçirib. Səkkiz hərbi texnikadan ibarət kolon Velika Novosilka kəndinə daxil olmağa çalışıb. Bir zirehli döyüş maşını vuruldu, qalanları geri çəkilib. Ruslar Boqoyavlenkanın qərbinə piyada qoşunlarını atıblar.

“Düşmən artıq hər şeyi görür və yaxın günlərdə təzyiqləri gücləndirəcək”, - nəşr vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər