28 Dekabr 14:34
222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikası Bodibildinq Federasiyası ləğv olunub.

Teleqraf.com xəbər verir ki, bununla bağlı qurumun ümumi yığıncağında qərar çıxarılıb.

Federasiyanın ləğvi ilə bağlı ləğvetmə komissiyası yaradılıb.

Ləğvetmə prosesinə başlayan zaman məlum olub ki, Naxçıvan Muxtar Respublikası Bodibildinq Federasiyasının möhür və ştampı itib.

Qeyd edək ki, adıçəkilən federasiya 1998-ci ildə yaradılmışdı.

Xatırladaq ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası, Atıcılıq Federasiyası, Paralimpiya Federasiyası, Hava və Ekstremal İdman Növləri Federasiyası, Şahmat Federasiyası və Naxçıvan Muxtar Respublikası Boks Federasiyası fəaliyyətini dayandırmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər