28 Dekabr 18:51
214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monteneqro Prezidenti Yakov Milatoviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi.

Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm.

Bu kədərli anlarda düşüncələrimiz Sizin, dost Azərbaycan xalqının və faciəvi hadisənin təsirinə məruz qalan insanların yanındadır. Sizinlə həmrəyik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər