28 Dekabr 19:01
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Teleqraf.com xəbər verir ki, başsağlı məktubunda deyilir:

“Hörmətli cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması və xəsarət alması barədə xəbər məni dərindən kədərləndirdi.

Bu kədərli anlarda Portuqaliya xalqı adından və şəxsən öz adımdan həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını diləyir, həmrəyliyimizi bildirirəm.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər