09:35
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 15-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 89 saylı tam orta məktəbdə Yeni Suraxanı qəsəbəsinin sakinləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədilə təşkil olunmuş görüşdə icra başçısının müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

İcra başçısı Adil Əliyev çıxış edərək bildirib ki, bu gün Azərbaycan ölkə başçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında inamla və uğurla inkişaf edib, dövlətimizin beynəlxalq nüfuzu artıb, ölkəmizdə sabitlik hökm sürür, xalqımız təhlükəsizlik şəraitində yaşayır.

Azərbaycana qarşı əsassız ittihamların olmasına baxmayaraq, bunların heç biri ölkəmizin gücünü sarsıda bilmədi. Biz, dünya güclərinin istəklərinə rəğmən, ərazi bütövlüyümüzü də, dövlət suverenliyimizi də bərpa etdik. Bundan sonra da Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək birliyimizi nümayiş etdirməliyik. Qarşımıza çıxan problemlərin həllinə birgə nail olmalıyıq.

Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək, onların həlli istiqamətində Adil Əliyev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.

Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər