20:03
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyəti və struktur bölmə rəhbərləri ilə görüş keçirlib.

ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov qonaqları salamlayaraq cari tədris ilində universitetin uğurlarından, xüsusən də beynəlxalq reytinqlərdə əldə etdiyi nailiyyətlərdən bəhs edib və prioritetlərdən danışıb. Növbəti 5 il üçün agentliyin universitet qarşısında yeni vəzifələr qoyduğunu deyən dosent Vazeh Əskərov buna müvafiq olaraq yeni hədəflərin müəyyən olunacağını və bu istiqamətdə fəaliyyət planının akitv şəkildə icrasına başlanacağını qeyd edib.
TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov zəngin tarixi olan olan bir ali təhsil ocağında olmaqdan məmnun olduğunu qeyd edərək ötən müddət ərzində ADNSU-nun reytinqlərdə və akkreditasiya prosesindəki uğurlarından danışıb və növbəti müddətdə 68 istiqamət üzrə tövsiyələrin icra olunmasına başlanıldığını deyib. O, qeyd olunan tövsiyələrin icrası ilə bağlı fəaliyyət planının tərtib olunnmasının və digər məsələlər ətrafında geniş fəaliyyətin agentlik və universitet arasında sıx əməkdaşlığın göstəricisi olduğunu bildirib.

Görüşdə həmçinin, ADNSU ilə TKTA arasında əməkdaşlığın perspektivləri, akkreditasiyası prosesinin əhəmiyyəti və ali təhsildə keyfiyyət standartlarına uyğunlaşma meyarları müzakirə olunub. Qarşılıqlı fikir mübadiləsi formatında keçirilən görüşdə iştirakçılar müzakirə edilən mövzular ətrafında öz fikirlərini bildirib və suallar səsləndirilib.

Sonda ADNSU-ya agentliyin “İnstitusional Akkreditasıya Şəhadətnaməsi” təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər