Bu gün “Gündəlik Teleqraf” qəzetinin 3 yaşı tamam olur.
2012-ci il martın 1-də təsis edilən, həftədə 5 dəfə işıq üzü görən qəzet ötən müddət ərzində ölkənin ən populyar qəzetlərindən birinə çevrilib.
Peşəkar bir komanda formalaşdıran, obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə sadiq qalan “Gündəlik Teleqraf” ailəsi daha da böyüyüb. Bu gün həm də “Gündəlik Teleqraf” MMC-yə daxil olan Teleqraf.com saytının, Publika.az xəbər portalının ad günüdür. Adı çəkilən saytlar da ötən iki il ərzində özünü yetərincə təsdiqləyib, geniş oxucu auditoriyası toplayaraq, ölkənin ən çox oxunan saytlarına çevrilib. Hazırda gündəlik olaraq bu saytlara 30-60 min civarında giriş olur.
Saytlarımız 3 ildir ki ölkədə fəaliyyət göstərən və aktiv olan bütün ictimai-siyasi təşkilatlarla, dövlət qurumları, ədəbiyyat, incəsənət xadimləri ilə müntəzəm əməkdaşlıq edir.