4 Mart 2015 17:47
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov martın 13-də Şabran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.

Teleqraf.com xəbər verir ki, qəbulda Şabran, Quba, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonları sakinlərinin şikayət və müraciətlərinə baxılacaq, lazımi tədbirlər görüləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar [email protected][email protected] elektron poçt ünvanları, ETSN-in 168 saylı “Qaynar xətt”i, həmçinin Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (telefonlar: 050-474-89-28, 050-543-88-63, 023-35-3-23-40) ilə əlaqə saxlamaqla qeydiyyatdan keçə bilərlər.

İLHAMƏ


Müəllif: