9 Mart 2015 00:12
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonunun Qəhramanlı qəsəbəsində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumatına görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:58-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa Zərdab rayonunun Allahqulubağı kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Evə bitişik tikilmiş digər ev, köməkçi tikili və talvar yanğından mühafizə olunub. Yanğın saat 15:38-da söndürülüb.


Müəllif: