10 Mart 2015 21:19
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əbülqasim Nəbatinin Təbriz Mərkəzi Kitabxanasında saxlanan anadilli divanının surətini əldə edib.

İnstitutun ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Sarvan Kərimovun Teleqraf.com-a verdiyi məlumata görə, cəmi 287 səhifədən ibarət olan Nəbati divanının Təbriz nüsxəsində şairin Azərbaycan dilində yazdığı 12 qəsidə, 37 qəzəl, 50 rübai, 1 məsnəvi, 1 tərcibənd, 8 müstəzad, 1 müsəddəs, 11 dübeyt, 5 təkbeyt, 11 qoşma, 5 gəraylı, 5 təcnis, 1 müləmmə və farsca bir sıra şeirlər toplanıb.

Əlyazmada şairin əsərlərinin Bakı nəşrlərinə düşməmiş bir sıra şeirləri var.

SEVİL


Müəllif:

Oxşar xəbərlər