11 Mart 2015 00:15
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 10-da Azəbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksinin Amerika mərkəzində ABŞ-ın Azərbaycandakı səfirliyi və Azərbaycan Dillər Universitetinin Amerika mərkəzinin birgə təşkil etdiyi “Azərbaycanda “Amerika günləri””nin açılış mərasimi keçirilib.

Amerika mərkəzi haqqında qısa məlumat verilib, mərkəzin Azərbaycan Dillər Universitetində ikitərəfli sazişə əsasən 2007-ci ildən uğurla fəaliyyət göstərildiyi bildirilib. Amerika-Azərbaycan dostluğunu və əməkdaşlığını rəhbər tutaraq bu mərkəzin artıq 8 ildir ki, müxtəlif kateqoriyaya aid olan insanların təhsilin müxtəlif sahəsində maariflənməsinə əvəzsiz şəkildə xidmət göstərdiyi və fəaliyyətini getdikcə genişləndirdiyi qeyd edilib.

ADU-nun rektoru Səməd Seyidov çıxış edərək bildirib ki, tədbirdə sərgilənəcək rəsm əsərlərinin Amerika mərkəzinin Azərbaycanda nüfuzunu yüksək səviyyəyə qaldıracağını, ABŞ haqqında məlumatı daha geniş çatdıracağını, həmçinin iki ölkəni bir-birinə daha da yaxın edəcəyini vurğulayıb və sərgini açıq elan edib.

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta çıxışında bildirib ki, tədbirin keçirilməsinin əsas məqsədi çoxçeşidli, rəngarəng və zəngin ABŞ mədəniyyəti nümunələrini təqdim etməkdir.

Xalq rəssamı, Rəssamlıq Akademiyasının rektoru, heykəltaraş Ömər Eldarov və Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov çıxış edərək bu kimi sərgilərin keçirilməsinin Azərbaycan-ABŞ əlaqələrinə əhəmiyyətli təsirindən danışıblar.

“Amerika günləri” ərzində həm Amerika mərkəzində, eyni zamanda Bakı şəhərində yerləşən digər məkanlarda, həmçinin Azərbaycanın müxtəlif bölgələrində rəngarəng proqram və tədbirlər keçiriləcəyi söylənildi. Bu layihə çərçivəsində universitetdə həyata keçirilən “Amerika mənim gözlərimlə” adlı sərgi haqqında qısa məlumat verilib.

Daha sonra 2 saylı Mərdəkan internat məktəbi şagirdlərinin ifasında “Cowboy” rəqsi göstərildi.
Professional və həvəskar şəxslərin yaratdıqları rəsm əsərlərini, xalçaçılıq, taxta üzrəində görüntüləri və digər işləri müəlliflərin Amerikaya olan baxışlarını təqdim etmək məqsədilə keçirilən layihə çərçivəsində Amerika mərkəzi ilə sıx əməkdaşlıq edən orta və ali təhsil müəssisələrinin tələbə və şagirdlərin əl işləri nümayiş olunub.

SEVİL


Müəllif:

Oxşar xəbərlər