21 Mart 2015 01:50
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvanda avtomobil qəza baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, martın 21-i saat 00.30 radələrində Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində Şirvan sakini, 1993-cü il təvəllüdlü Abbaslı Ramil Rasim oğlu sürətlə idarə etdiyi “VAZ 2107” markalı, 42 BU 020 dövlət nömrə nişanlı avtomobili yoldan çıxararaq ağaca çırpıb.


Zərbənin gücündən ağac ikiyə bölünüb. Sürücü və avtomobildə olan sərnişin, Şirvan sakini, 1993-cü il təvəllüdlü Səmədzadə Babək Bakir oğlu müxtəlif bədən xəsarətləri alıblar.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif: