6 Aprel 2015 17:32
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Heydər Əliyev Mərkəzində gənc rəssamların “Dünya bir palitradır, biz isə onun rəngləri” adlı birinci yaradıcılıq sərgisi keçirilib.


Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar , yaradıcı şəxslər, rəssamlar, gənclər iştirak ediblər. Öncə Ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə hörmət və ehtiram ifadəsi olaraq təzə gül-çiçək dəstələri qoyulub.


Tədbirin keçirilməsində əsas məqsəd Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyalarının gənclər arasında geniş təbliğ edilməsi, gənclərə yaradıcılıq qabiliyyətlərinin nümayiş etdirilməsi üçün şəraitin yaradılması, onların istedadlarının üzə çıxarılması və həvəsləndirilməsi, həmçinin gənclərin asudə vaxtlarının səmərəli və mənalı təşkil edilməsi olub.


Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ictimaiyyət nümayəndələri ilə birgə sərgiyə baxıb. Sonra gənc rəssamlar və ictimaiyyət nümayəndələri ilə konfrans zalında görüş keçirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında bildirib ki, bu tədbir gənc rəssamların arzusu ilə həyata keçirilib.Onlar öz fantaziya və duyğularını tablolara köçürərək ictimaiyyətə təqdim ediblər. Belə tədbirlərin davamlı keçirilməsi gənclərin yaradıcılıq potensialının inkişafına, perspektiv imkanlarının genişlənməsinə mühüm təsir göstərəcək. Ulu öndər Heydər Əliyevin anadan olmasının 92 illiyi,bu il Azərbaycanda İlk Avropa Oyunlarının keçirilməsi, 2016-ci il üçün Avropanın Gənclər Paytaxtı Gəncədə keçirilən tədbirlər gənc rəssamların yaradıcılığına böyük təkan verəcək.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, gənc alim, “Xəzər” Təhsil Mərkəzinin rəhbəri Raqif Hüseynov, gənc rəssamlardan Ləman Verdiyeva, Teymur Ənvərbəyli, Şəhla Cəfərova, Elçin Cəfərov və başqaları çıxış edərək, bu tədbirin Gəncənin mədəni həyatında mühüm rol oynadığını, gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıblar.

Sonda Gəncə şəhər İcra Hakimiyyətinin sərəncamı ilə əsərləri sərgilənən gənc rəssamlara Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.

İcra başçısı Elmar Vəliyev gənc rəssamlarla Müasir İncəsənət Muzeyindəki eksponatlara baxıblar.

Qeyd edək ki, sərgidə 26 gənc rəssamın 120-dən çox əsəri nümayiş etdirilib və tədbirdə.

Süsən Tağıyeva


Müəllif: