“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Sən də qoşul-2” adlı xeyriyyə aksiyasının davamı olaraq, bu gün təşkilat nümayəndələri Tərtərin cəbhə xəttində yerləşən Çaylı kəndində olublar.
Birlikdən Teleqraf.com-a verilən məlumata görə, təşkilat sədri Sevinc Əzimbəyli və Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli burada yaşayan kənd sakinləri söhbət ediblər və problemləri ilə maraqlanıblar.
Daha sonra “Sən də qoşul-2” adlı xeyriyyə aksiyası zamanı əldə edilən vəsait hesabına alınan sovqatlar, müxtəlif hədiyyələr burada təhsil alan orta məktəb şagirdlərinə və imkansız ailələrə paylanılıb.
BƏXTİYAR