Aprelin 10-da Azərbaycanın media nümayəndələrinin bir qrupu İran İslam Respublikasının Mazandaran vilayətinə səfər edib.
Mazandaran vilayətinin ictimaiyyətlə əlaqələr idarəsinin müdiri Əhməd Müzəffəri bildirib ki, yerli həmkarlarının dəvəti ilə Mazandarana gələn Azərbaycan jurnalistləri vilayətin iqtisadi potensialı, ictimai həyatı ilə tanış ediləcəklər. O, media nümayəndələrinin qarşılıqlı səfərlərinin ölkələrimiz arasındakı münasibətlərə çox yaxşı təsir göstərəcəyini vurğulayıb.
Media təmsilçiləri aprelin 11-dən başlayaraq vilayətin sənaye müəsissiələrində olacaq, tarixi və turizm məkanlarını gəzəcək, rəsmi şəxslərlə görüşəcəklər. Səfər aprelin 14-dək davam edəcək./AZƏRTAC/