20 May 2014 11:17
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 40 nəfər əlilliyi olan şəxsi Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə yola salıb. Bununla son bir həftədə artıq 80 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə göndərilib.

Teleqraf.com-un məlumatına görə, istirahət mərkəzlərində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində idman yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər təşkil olunur, onlar balıq ovunda, ətraf rayonlarda gəzintilərə aparılır, tibbi və fizioterapevtik proseduralarla təmin edilirlər.

Cari il ərzində 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarında mənalı istirahətinin təşkili nəzərdə tutulur.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılıb-gətirilməsi xüsusi nəqliyyat vasitəsi ilə təmin olunur.

Naibə


Müəllif: