Binəqədi Rayon İcra Hakimiyyəti və İDEA-nın birgə təşkilatçılığı ilə keçirilən və I Avropa oyunlarına həsr olunan “Təmiz Binəqədi-Təmiz İDEA” müsabiqəsinə yekun vurulub.
Teleqraf.com xəbər verir ki, müsabiqə "Bakı-2015" Avropa Oyunları ərəfəsində Binəqədi rayonunda keçirilən “Təmiz Binəqədi” layihəsi çərçivəsində görülən işlərin, həmçinin rayonun sosial-iqtisadi və ictimai həyatında baş verən proseslərin ictimaiyyətə daha dolğun və yaxından çatdırılması işində peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq məqsədilə keçirilib.
Qaliblər arasında Teleqraf.com-un əməkdaşı Ruslan Xəlil də olub. Qaliblərə diplom və Avropa Oyunlarının açılışına biletlər təqdim olunub.
Qaliblərin mükafatlandırılmasından sonra respublika atıcılıq arenasının yaxınlığında ağacəkmə aksiyası keçirilib.