20 May 2014 11:48
1 864
12 Punto 14 Punto 16 Punto 18 Punto

“28 Mall” da heç bir yanğın hadisəsi olmayıb. Fövqəladə Hallar Nazirliyindən də heç kim bura gəlməyib”

Bu sözləri Teleqraf.com- açıqlamasında “28 Mall” Ticarət Mərkəzinin əməkdaşı deyib. Onun sözlərinə görə, bu sadəcə təlim idi: “Təhlükəsizlik məqsədilə keçirilən təlim idi”.


Qeyd edək ki, bu gün sosial şəbəkələrdə “28 Mall” ticarət mərkəzində yanğınla bağlı xəbəri yayılıb.

Bakının ən böyük ticarət mərkəzlərindən biri olan “28 Mall”da verilən yanğın siqnalı təşvişə səbəb olub.

Bütün işçi heyəti binadan çıxarılıb.

Nərmin


Müəllif: