14 Aprel 2015 15:13
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ şəhərində keçiriləcək qəbulda Qəbələ, İsmayıllı, Şamaxı və Şəki rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Teleqraf.com Tələbə Qəbulu Komissiyasının internet saytına istinadla xəbər verir ki, qəbul aprelin 24-də saat 12:00-da Qəbələ şəhər Mədəniyyət mərkəzində (28 may küçəsi 40, H.Əliyev parkının yaxınlığında) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların TQDK-nın saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Şəki Regional Bölməsinə müraciət etmələri (əlaqə tel: (024) 244 66 14 ) xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Qəbələ, İsmayıllı, Şamaxı və Şəki rayon təhsil şöbələrinin rəhbərliyinə də müraciət edə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

SEVİL


Müəllif: