23 Aprel 2015 10:25
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun aprelin 24-də Salyan rayonunda (Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl) vətəndaşların qəbulun keçirəcək.

Teleqraf.com xəbər verir ki, qəbul zamanı əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlər dinləniləcək .

Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar üçün zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər