23 Aprel 2015 21:12
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara şəhərindəki Heydər Əliyev Mərkəzində növbəti nikah mərasimi keçirilib.

Yeni ailə quran Astara şəhər sakinləri - 1984-cü il təvəllüdlü Emin Əliyev və 1993-cü il təvəllüdlü Rufanə Həsənzadə əvvəlcə Ümummilli Liderin Mərkəzdə ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Mərkəzin foyesində nikah aktının imzalanması mərasimi keçirilib.

Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova ölkəmizdə gənc ailələrə göstərilən dövlət qayğısından danışıb, bəy və gəlinə ən xoş arzularını çatdıraraq onlara müqəddəs ailə ənənələrini qoruyub saxlamağı tövsiyə edib.

Astara Rayon Qeydiyyat İdarəsinin rəisi Vüqar Qasımov nikah şəhadətnaməsini bəy və gəlinə təqdim edib.

Yeni ailə quran gənclər nikah mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsindən qürur duyduqlarını, bu günü həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını diqqətə çatdırıblar.


Müəllif:

Oxşar xəbərlər