4 May 2015 14:27
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın Jusup Balasaqın adına Qırğız Milli Universitetində DOQUP layihəsinin final konfransı keçirilib. Konfransda Bakı Dövlət Universitetini BDU-nun beynəlxalq layihələr şöbəsinin müdiri Elmira İsmayılova təmsil edib.

Tədbirdə partnyor ölkələrin təhsil nazirliklərinin, Erasmus plus ofislərinin nümayəndələri, həmçinin Özbəkistan və Türkmənistan universitetlərindən nümayəndələr iştirak ediblər.

Tədbirin əsas məqsədi layihənin nəticələrinin yayılması, tədris proqramlarının keyfiyyətinin təmin edilməsi üzrə online sistemin tətbiq edilməsi istiqamətində aparılan işlərin müzakirəsi və layihə nəticələrinin davamlılığını təmin etmək məqsədi ilə qətnamənin qəbul edilməsindən ibarət olub.

Konfransda layihənin koordinatoru Genuya Universitetinin professoru Alfredo Skvarzoni təqdimat ilə çıxış edib. Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Tacikistanın təhsil nazirliklərinin nümayəndələri DOQUP layihəsinin Bolonya prosesinə inteqrasiyası üçün əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, Azərbaycan 2005-ci ilin may ayında Bolonya Deklarasiyasını imzalamaqla Avropa təhsil məkanına daxil olub. 2011-ci ildə Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Xəzər Universiteti, Qafqaz Universiteti və Odlar Yurdu Universiteti İtaliyanın Genoa Universiteti tərəfindən koordinatorluq etdiyi TEMPUS “Tədris Proqramlarının Keyfiyyətinin Təmin Edilməsi üzrə Sənədləşmə” - DOQUP layihəsinə qoşulub. Layihənin ümumi partnyorlarının sayı 28-dir.

BDU həmin layihədə Azərbaycan üzrə milli koordinatordur. Layihənin əsas məqsədi partnyor ölkələrində keyfiyyətin təmin edilməsi üzrə Avropa Standartları və Əsaslarına müvafiq tədris proqramlarının keyfiyyətinin təmin edilməsi üzrə onlayn sənədləşmə sisteminin müəyyən edilməsi və yerinə yetirilməsidir. Onlayn sənədləşmə tədris poqrmalarının şəffaflığını təmin edir, bu da, öz növbəsində, Bolonya prosesinin ən əsas məqsədlərindən biridir. Bundan əlavə, tədris proqramları haqqında məlumatların onlayn yerləşdirilməsi onların milli və beynəlxalq səviyyədə müqayisəliliyi üçün əhəmiyyətlidir. Bu da Bolonya prosesinin digər mühüm məqsədlərindən birini təşkil edir. Məlumatların onlayn şəkildə olması tədris proqramlarının keyfiyyətinin artırılmasına da səbəb olur.

NİGAR


Müəllif:

Oxşar xəbərlər